...

Keçmiş məhkumdan silah və narkotik götürülüb

Hadisə Materials 19 Yanvar 2018 12:38 (UTC +04:00)

Bakı. Trend:

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş “İJ-27” markalı tüfəng, 1 ədəd “Tir” tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda - çəkisi 945 qram olan tiryək də aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti