...

Qəza törədərək qaçan sürücü saxlanılıb

Hadisə Materials 25 Yanvar 2018 12:38 (UTC +04:00)
Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb.
Qəza törədərək qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının şəhər sakini Sara Hüseynova olması, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən qaçan sürücü, şəhər sakini Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti