...

Cəlilabadda 4 ton ot bağlaması yanıb

Hadisə Materials 26 Yanvar 2018 08:32 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabadda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Göytəpə şəhərində ümumi sahəsi 128 m² olan tövlənin çardağının yanar konstruksiyaları 50 m² sahədə və 14 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti