...

Sabunçuda əməliyyat: Nardaranda avtomatı basdıraraq gizlədən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 30 Yanvar 2018 10:58 (UTC +04:00)
Nardaran qəsəbəsində “Kalaşnikov” markalı avtomatı 3 il əvvəl torpağa basdıraraq gizlədən şəxs polislər tərəfindən saxlanılıb.
Sabunçuda əməliyyat: Nardaranda avtomatı basdıraraq gizlədən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Nardaran qəsəbəsində “Kalaşnikov” markalı avtomatı 3 il əvvəl torpağa basdıraraq gizlədən şəxs polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əllərdə qanunsuz olaraq saxlanılan, müxtəlif üsullarla gizlədilən odlu silah-sursatın və onların hissələrinin aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə gətirilib. Aparılan profilaktik söhbətlər zamanı o, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.

Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd 5.45 kalibrli patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 2015-ci ilin dekabr ayında qəsəbədəki “Rəhimə xanım” ziyarətgahının yaxınlığından tapdığını və polisə təhvil verməyərək basdırdığını bildirib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti