...

Avtomobillərdən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 13 Fevral 2018 16:21 (UTC +04:00)
Siyəzəndə ötən il törədilən oğurluq hadisələrinin üstü açılıb.
Avtomobillərdən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Siyəzəndə ötən il törədilən oğurluq hadisələrinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870 Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.

Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ İB cinayət işi açılıb, ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti