...

Füzulidə QDT-90 partladıcısı aşkar olunub (FOTO)

Hadisə Materials 17 Fevral 2018 06:58 (UTC +04:00)
Füzulidə QDT-90 partladıcısı aşkar olunub
Füzulidə QDT-90 partladıcısı aşkar olunub (FOTO)

Bakı. Trend:

Füzulidə QDT-90 partladıcısı aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, fevralın 16-sı FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş kənddə məişət tullantıları ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partladıcının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 fevral 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Xızı, Lənkəran rayonları, Bakı və Sumqayıt şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 3 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilib, 586 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 22 985 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti