Bakı. Trend:
Oğurluq etdiyinə görə tutulmuş Elçin Rəşidovun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən oğurluq törətməsi də müəyyən edilib.
DİN-dən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotoreya bileti oğurlaması da aşkarlanıb.