Bakı. Trend:
Sumqayıtda 2 evdən və 1 mağazadan oğurluq edən Bakı sakini tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 5-dən bu il martın 10-dək olan müddətdə şəhər ərazisində 2 evdən 990 manat, 4 ədəd qol saatı, mobil telefon, kompüter və qızıl əşyalar, 1 mağazadan isə 441 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Suleykin saxlanılıb.