Bakı. Trend:
Rusiyanın Kemerovo şəhərində dəhşətli yanğında zərərçəkənlərin sayı 67-yə çatıb.
Trend-in məlumatına görə, onlardan 14 nəfəri, o cümlədən üç azyaşlı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onların arasında çoxlu sayda uşaq var.
Regionda hadisə ilə bağlı martın 29-na kimi matəm elan olunub.
Bu gün hadisə yerinə Rusiya Prezidenti Vladimir Putin də gedib və dəhşətli yanğının fəsadlarının aradan qaldırılması ilə bağlı iclas keçirib.