Bakı. Trend:
Bülbülədə qadın piyada avtomobillə vurulub
DİN-dən Trend-ə verilən məlumata görə, hadisə aprelin 2-də saat 19 radələrində baş verib.
Belə ki, Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.