Bakı. Trend:
Masallıda inzibati bina yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Qızılavar kəndində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m olan otağın yanar konstruksiyaları 10 kv.m sahədə, 2 p.m telefon kabeli və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.