...

Toya gedirdilər, maşın aşdı - 20 nəfər öldü, 30 yaralı

Hadisə Materials 18 Aprel 2018 09:36 (UTC +04:00)
Hindistanın mərkəzi Madxya-Pradeş ştatında yük maşınının körpüdən aşması nəticəsində 20 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Toya gedirdilər, maşın aşdı - 20 nəfər öldü, 30 yaralı

Trend-i buradan izləyin

Bakı. Trend:

Hindistanın mərkəzi Madxya-Pradeş ştatında yük maşınının körpüdən aşması nəticəsində 20 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Trend-in məlumatına görə, insident ötən gecə Bxopal şəhərinin 570-ci kilometrliyində baş verib.

Ölənlər və yaralananlar kəndə toya gedirlərmiş. İlkin ehtimala görə, sürücü körpü üzərinə çıxarkən idarəetməni itirərək dəmir məhəccərə dəyib və körpüdən aşıb. 15 nəfər yerindəcə dünyasını dəyişib.

Hadisə yerində xilasetmə əməliyyatları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti