...

Sumqayıtda dənizə çıxan 2 nəfər geri qayıtmayıb, axtarışlar aparılır

Hadisə Materials 22 Aprel 2018 11:11 (UTC +04:00)
Sumqayıt şəhərində dənizə çıxmış 2 nəfərin batdığı ehtimal olunur.
Sumqayıtda dənizə çıxan 2 nəfər geri qayıtmayıb, axtarışlar aparılır

Bakı. Trend:

Sumqayıt şəhərində dənizə çıxmış 2 nəfərin batdığı ehtimal olunur.

Trend-in FHN-in saytına istinadəən verdiyi məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti