...

Liviyada seçki komissiyasına HÜCUM - Ölənlər var

Hadisə Materials 2 May 2018 14:21 (UTC +04:00)

Bakı. Trend:

Liviyanın paytaxtı Tripoli şəhərində Ali Seçki Komissiyasının mənzil-qərargahına hücum baş verib.

Trend-in məlumatına görə, hücum nəticəsində azı 3 nəfər həlak olub.

Qeyd olunur ki, hücum edənlərdən bir neçə nəfəri özünü partladıb.

Təhlükəsizlik qüvvələri terrorçulara cavab atəşi açıb. Hadisə ilə bağlı bir neçə nəfərin saxlanıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti