...

Bakıda 50 ağac oğurlayan şəxs həbs edilib

Hadisə Materials 1 İyun 2018 12:42 (UTC +04:00)
Bakıda 50 ağac oğurlayan şəxs həbs edilib
Bakıda 50 ağac oğurlayan şəxs həbs edilib

Bakı. Trend:

Bakıda 50 ağac oğurlayan şəxs həbs edilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 24-dən mayın 2-dək olan müddətdə Nardaran qəsəbəsindəki bağ evinin həyətindən 50 ədəd şam ağacının çıxarılaraq oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bağlarda fəhləliklə məşğul olan qəsəbə sakini Əziz Babayev olduğu müəyyən edilb. Oğurlayaraq satmaq üçün öz həyətinə gətirib əkdiyi həmin sayda şam ağacı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Ə.Babayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti