Bakı. Trend:
Yeni Günəşli qəsəbəsində mağazadan oğurluq olub.
DİN-dən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 5-də Yeni Günəşli qəsəbəsindəki mağazaların birində, orada işləyən Abşeron rayon sakini N.Fərəcovun içərisində 1221 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Tərlan Bədəlova saxlanılıb.