...

Bakı-Şamaxı yolunda mikroavtobus "Mercedes"in üstünə aşıb: 10-dan artıq yaralı var

Hadisə Materials 8 İyun 2018 10:27 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Şamaxı yolunda mikroavtobus "Mercedes"in üstünə aşıb: 10-dan artıq yaralı var

Bakı. Samir Əli - Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə yolun 176-cı kilometrliyində, Şamaxı rayonunun Mirikənd kəndi ərazisində baş verib.

Şəkidən Bakı istiqamətində hərəkət edən sərnişinlə dolu "55 BG 471" dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobus Mirikənd kəndi ərazisində idarəetməni itirərək Bakıdan Ağsu istiqamətində hərəkət edən "99 GS 337" dövlət nömrə nişanlı "Mercedes - E klas" markalı avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti