Bakı. Trend:
London polisi Çarinq-Kross vağzalına bomba qoyulması barədə xəbər verən şəxsi saxlayıb. Trend-in məlumatına görə, saxlanılma barədə xəbəri Skotland-Yard təsdiq edib.
Məlumata görə, həmin şəxs Böyük Britaniya nəqliyyat polisi tərəfindən saxlanılıb. Saxlanılma zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, daha öncə Çarinq-Kross vağzalı naməlum şəxs tərəfindən binaya bomba qoyulması xəbəri səbəbindən təxliyə edilmişdi.