...

Yasamalda qadına zor tətbiq edərək çantasını alan şəxs tutuldu

Hadisə Materials 25 İyun 2018 14:42 (UTC +04:00)
Soyğunçuluq törətməkdə şübhəli bilinən Abşeron rayon sakini N.İsrafilov saxlanılıb
Yasamalda qadına zor tətbiq edərək çantasını alan şəxs tutuldu

Bakı. Trend:

İyunun 24-də Yasamal rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini S.Abbasovaya zor tətbiq edərək içərisində pul və şəxsiyyət vəsiqəsi olan çantasını alıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti