...

İstirahət zonası Bodrumda meşə yanır

Hadisə Materials 5 İyul 2018 17:32 (UTC +04:00)
Türkiyənin cənub-qərbində Bodrum rayonunun Muğla vilayətində meşə ərazisində güclü yanğın başlayıb.
İstirahət zonası Bodrumda meşə yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-qərbində Bodrum rayonunun Muğla vilayətində meşə ərazisində güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, fövqəladə xidmət yanğının meşənin 3 ha ərazisini əhatə etməsi barədə bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Bu məqsədlə yanğınsöndürmə briqadası ilə bərabər vertolyotlar da prosesə cəlb edilib.

Qeyd edək ki, sonuncu dəfə iyulun 3-də İstanbulun meşə sahəsində güclü yanğın baş vermişdi.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahələri təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti