...

Bakı-Qazax yolunda qəza, 1 ölü

Hadisə Materials 5 İyul 2018 19:09 (UTC +04:00)
Bakı-Qazax şosesinin Gəncə şəhəri ərazisindən keçən hissəsində “VAZ” və “Suzuki” markalı iki minik avtomobili toqquşub.
Bakı-Qazax yolunda qəza, 1 ölü

Bakı. Trend:

Bakı-Qazax şosesinin Gəncə şəhəri ərazisindən keçən hissəsində “VAZ” və “Suzuki” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri “Suzuki” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti