...

50 min manatdan artıq dələduzluqda təqsirləndirilən MTN əməkdaşına hökm oxundu

Hadisə Materials 10 İyul 2018 13:21 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən keçmiş MTN əməkdaşı Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
50 min manatdan artıq dələduzluqda təqsirləndirilən MTN əməkdaşına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən keçmiş MTN əməkdaşı Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Prosesdə məhkəmə hökmü elan olunub.

Məhkəmənin hökmü ilə Elçin Əhmədov 3 il azadlıqdan məhrum edilib

İttihama görə, E.Əhmədov Bakıda bir qrup vətəndaşı dövlət orqanlarında işə düzəldəcəyi ilə aldadaraq onlardan 50 min manatdan çox pul alıb.

E.Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti