...

Yevlaxda avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 7 Avqust 2018 15:43 (UTC +04:00)
Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Yevlaxda avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 6-da saat 21 radələrində Yevlax rayonu ərazisində Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Əliyevi vurub.

E.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti