...

Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb

Hadisə Materials 22 Avqust 2018 13:01 (UTC +04:00)
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınıb.
Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb

Bakı. Trend:

Avqustun 21-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti