...

Ağsuda yanğın baş verib

Hadisə Materials 3 Sentyabr 2018 01:58 (UTC +04:00)
Ağsu rayonunun Dilman kəndi yaxınlığında yanğın qeydə alınıb
Ağsuda yanğın baş verib

Bakı. Tural Turan - Trend:

Ağsu rayonunun Dilman kəndi yaxınlığında yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Dilman kəndi yaxınlığında dağlıq ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq texnikası cəlb edilib.

İlkin məlumata əsasən, təxminən 30 ha sahədə kol-kos və ağaclıq yanıb. Hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti