...

Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib

Hadisə Materials 30 Sentyabr 2018 08:40 (UTC +04:00)
Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib
Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib

Bakı. Trend:

Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti