...

Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: yaralılar var

Hadisə Materials 12 Oktyabr 2018 11:18 (UTC +04:00)
Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşüb.
Türkiyədə Azərbaycana məxsus yük maşını çaya düşdü: yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

Trend-in məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti