...

Dələduzluq yolu ilə 35 min manata yaxın pul əldə edən şəxs tutulub

Hadisə Materials 17 Oktyabr 2018 11:34 (UTC +04:00)
Sumqayıtda dələduzluq yolu ilə 35 min manata yaxın pul əldə edən şəxs tutulub.
Dələduzluq yolu ilə 35 min manata yaxın pul əldə edən şəxs tutulub

Bakı. Trend:

Sumqayıtda dələduzluq yolu ilə 35 min manata yaxın pul əldə edən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan 3 nəfər cari ilin sentyabr ayında həmyerliləri Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 15.700 manat pullarının alındığını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olduğu və onun cari ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha 4 nəfəri aldadaraq ümumilikdə 18.600 manat pullarını aldığı da məyyən edilib.

C.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti