...

Xocavənddə 500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb (FOTO)

Hadisə Materials 29 Oktyabr 2018 23:49 (UTC +04:00)
Xocavənd rayonunda 500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb
Xocavənddə 500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb (FOTO)

Bakı. Trend:

Xocavənd rayonunda 500 ailəlik qəsəbədə 2 partlamamış raket tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 15:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Аgentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti