...

Azərbaycana narkotik vasitələr keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

Hadisə Materials 13 Noyabr 2018 13:50 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.
Azərbaycana narkotik vasitələr keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən narkotik vasitələr aşkar edilib.

Komitədən Trend-ə verilən məlumata görə, onun əynindəki gödəkçənin sağ iç cibindəki kağız bükülünün içərisindən,ümumi çəkisi 1,512 qram olan tütünlə qarışıq kütlədə, təmiz çəkisi isə 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən, təmiz çəkisi 3,957 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana, 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,310 qram təşkil edən, narkotik vasitə olan həşiş qətranı aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti