Paytaxtda mənzildən kişi meyiti tapılıb

Hadisə Xəbər 21 Noyabr 2018 21:01 (UTC +04:00)

Bakı. Trend:

Sabunçuda mənzillərdən birində 80 yaşlı kişi meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Qreçkin Vladimir İqoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti