Bakı. Trend:
Moskvada orta məktəblərin birində 300 nəfər təxliyə olunub.
Trend-in məlumatına görə, buna məktəbə bomba qoyulması barədə anonim zəng səbəb olub.
Polis bildirib ki, zəngdən dərhal sonra məktəb binasında axtarışlar başlayıb. Axtarış müddətində 300 şagird və müəllim yaxınlıqdakı məktəbə keçirilib.
Axtarışlardan sonra məlumatın yalan olduğu məlum olub. Hazırda polis zəng edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.