...

Bakıda traktor oğrusu saxlanılıb

Hadisə Materials 22 Yanvar 2019 12:02 (UTC +04:00)
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.
Bakıda traktor oğrusu saxlanılıb

Bakı. Trend:

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində traktoru qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti