...

Yeni Günəşlidə ağac kəsimi faktı aşkarlanıb (FOTO)

Hadisə Materials 13 Fevral 2019 14:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivindəki əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.

BŞİH-dən Trend-ə verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti