...

Şüvəlanda yolu keçən qadın piyadanı avtomobil vurub

Hadisə Materials 15 Fevral 2019 14:06 (UTC +04:00)
Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şüvəlanda yolu keçən qadın piyadanı avtomobil vurub

Bakı. Trend:

Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 14-də saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Turan Haqverdiyeva vurulub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.İsmayılov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti