...

Bakıda çoxmərtəbəli binada tüstülənmənin qarşısı alınıb (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 25 Fevral 2019 15:11 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında tüstülənmə olub.
Bakıda çoxmərtəbəli binada tüstülənmənin qarşısı alınıb (FOTO) (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunjub (ilk xəbər saat 13:32-də yayılıb)

Bakı. Samir Əli - Trend:

Bakıda Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında tüstülənmə olub.

Trend-in məlumatına görə, tüstülənmə binanın C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb.

60-dan çox sakin binadan təxliyə edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin 18 yanğından mühafizə bölməsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Tüstülənmənin qarşısı alınıb.

FOTO - Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti