...

Qadın alveri ilə məşğul olan Bakı sakini saxlanılıb

Hadisə Materials 28 Fevral 2019 15:37 (UTC +04:00)
Bakı şəhər sakininin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları cinsi istismara məruz qoyması ilə bağlı fakt aşkarlanıb.
Qadın alveri ilə məşğul olan Bakı sakini saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakı şəhər sakininin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları cinsi istismara məruz qoyması ilə bağlı fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti