...

Masazırda ikimərtəbəli evdə yanğın baş verib

Hadisə Materials 10 Mart 2019 21:26 (UTC +04:00)
Masazırda ikimərtəbəli evdə yanğın baş verib
Masazırda ikimərtəbəli evdə yanğın baş verib

Bakı. Tural Turan - Trend:

Masazırda ikimərtəbəli evdə yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajın içərisində tikinti materialları və 2 ədəd məişət avadanlığı, dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti