Bakı. Trend:
Rusiyanın Nijniy Taqil şəhərində bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, kanalizasiya quyusunda bələdiyyə idarəsinin iki fəhləsinin meyiti aşkar edilib.
Hadisə ilə bağlı dərhal tədqiqat başlayıb.
İlkin məlumata görə, Krasnoznamenni küçəsində kanalizasiya quyularının birində problem yaranıb. Bələdiyyənin 2 fəhləsi həmin kanalizasiya quyusunda təmir işləri aparmaq üçün qəza yerində olublar.
Daha sonra onların hansı səbəbdən quyuda ölmələri isə hələ məlum deyil.