...

Samux rayonunda yanğın baş verib

Hadisə Materials 5 İyun 2019 08:40 (UTC +04:00)

Bakı. Trend:

Samux rayonunda yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Çobanabdallı kəndində birinin ümumi sahəsi 20 m², digərinin ümumi sahəsi 6 m² olan iki köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti