...

Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb

Hadisə Materials 13 İyun 2019 11:26 (UTC +04:00)
Bərdədə Təcili Tibbi Yardım maşınına hücumda şübhəli bilinən kənd sakini saxlanılıb.
Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

İyunun 12-də saat 9 radələrində Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda bərdə RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti