Bakı. Trend:
Bakıda yanğın olub.
FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.