...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 6 nəfər təxliyə olundu

Hadisə Materials 20 İyul 2019 15:41 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - 6 nəfər təxliyə olundu

Bakı. Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti