...

Qaxda qəzada 5 nəfər xəsarət alıb - Adlar

Hadisə Materials 17 Sentyabr 2019 16:10 (UTC +04:00)
Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Qaxda qəzada 5 nəfər xəsarət alıb - Adlar

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, bu gün saat 14 radələrində Qaxın Qaratala kəndində yol qəzası baş verib. Kənddən mərkəzi yola çıxan Jiquli markalı avtomobil digər eyni markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlardan ikisi hadisə yerində tibbi yardım aldıqdan sonra evə buraxılıblar, digər 3 nəfər isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlar Qax sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Taleh Elman oğlu, 1987-ci il təvəllüdlü Nəzirova Səidə Kamal qızı və 2002-ci il təvəllüdlü İbrahimli Bəhlul Vahid oğludur.

Xəstəxanadan Trend-ə bildirilib ki, T.Süleymanlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər iki nəfər isə cərrahiyyə şöbəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti