...

Heydər Əliyev prospektində qəza - Hər iki istiqamətdə tıxac yarandı (FOTO)

Hadisə Materials 22 Noyabr 2019 10:37 (UTC +04:00)
Bakının əsas prospektlərindən birində baş verən qəza nəticəsində yol bağlanıb.
Heydər Əliyev prospektində qəza - Hər iki istiqamətdə tıxac yarandı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının əsas prospektlərindən birində baş verən qəza nəticəsində yol bağlanıb.

Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospektində (Dövlət Neft Fondu binası yaxınlığında) üzü Koroğlu metrosu istiqamətində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım briqadası da cəlb olunub. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti