Bakı. Trend:
Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 45 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.