...

Bakıda mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 21 Dekabr 2019 08:53 (UTC +04:00)
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Osmanov Fikrət Nuxuq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti