...

Zaqatalada "VAZ" dirəyə çırpılıb, ölən var

Hadisə Materials 25 Dekabr 2019 08:36 (UTC +04:00)
Zaqatala rayonunun Əliabad qəsəbəsində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib
Zaqatalada "VAZ" dirəyə çırpılıb, ölən var

Bakı. Trend:

Zaqatala rayonunun Əliabad qəsəbəsində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Trend FHN-ə istinadən verdiyi məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti