...

Biləsuvarda kütləvi zəhərlənmə: 1 ailənin 4 üzvü təcili Bakıya gətirildi

Hadisə Materials 3 Fevral 2020 10:05 (UTC +04:00)
Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.
Biləsuvarda kütləvi zəhərlənmə: 1 ailənin 4 üzvü təcili Bakıya gətirildi

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.

Trend-in məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti