...

Lerik meşəsindəki yanğın söndürülüb

Hadisə Materials 6 Fevral 2020 16:37 (UTC +04:00)
Yanğın zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.
Lerik meşəsindəki yanğın söndürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən saat 15 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.

Xəbər lenti

Xəbər lenti